Badamdarda boru partladı - Bəzi evləri və küçələri su basdı - VİDEO
Bakının Badamdar qəsəbəsində bəzi evləri və küçələri su basıb.
Bu barədə şikayətlər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.
Şikayətçilərin sözlərinə görə, sözügedən hal Seymur Məmmədov küçəsində su borusunun partlaması nəticəsində qeydə alınıb:
"Borudan su fontan vururdu, evimə 20 santimetr su yığılmışdı. Vedrələrlə evi təmizləmişik. Hazırda "Azərsu"yun əməkdaşları suyun verilişini dayandırıblar. Ərazidə təmir işləri aparılır".
Hadisə yerindən görüntüləri təqdim edirik:
BAKU.WS