Xəzər dənizində 4.5 bal gücündə zəlzələ olub
Xəzər dənizinin cənub hissəsində zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu gün saat 15.04-də Xəzər dənizində 4.5 bal gücündə zəlzələ olub.
İlkin məlumata görə, yeraltı təkanlar Azərbaycanın cənub rayonlarında hiss edilib.
BAKU.WSMənbə: baku.ws