Hindistanda həkimin öldürülməsi 4 şəhərdə tibbi işçilərini ayağa qaldırdı - FOTO
Hindistanın paytaxtı, eləcə də Puna (Maharaştra ştatı), Caypur (Rədcastan ştatı), Laknau (Uttar-Pradeş ştatı) şəhərlərinin tibb işçiləri, Qərbi Benqal ştatının Kolkata şəhərində bir həkimin xəstəxanada zorlanaraq öldürülməsindən sonra tətilə qoşulublar.
BAKU.WS xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.
Həkimlər ambulator şöbələrdə işi dayandıracaqlarını elan ediblər, bu da xəstəxanalarda uzun növbələrin yaranmasına səbəb olub. Həkimlər hadisənin araşdırılmasını və qadının ölümündə təqsirkar olan şəxsin ədalətli şəkildə cəzalandırılmasını tələb edirlər.
Hər gün 10 min xəstəni qəbul edən Nyu-Dehlidəki ən böyük xəstəxana olan Hindistanın Tibb Elmləri İnstitutunun (AIIMS) ambulator şöbəsi xəstələrin qəbulunu 20% azaldıb.
Qeyd edək ki, 10 avqustda Kolkata şəhərində "RG Kar" xəstəxanasında həkimin zorlanaraq öldürülməsindən sonra həkimlər və tələbələrin iştirakı ilə etiraz aksiyaları başlayıb. Hindistan Tibb Assosiasiyası (IMA) bu işlə bağlı dərhal tədbir görülməsini istəyib və bütün ölkə üzrə etiraz aksiyalarının keçiriləcəyi barədə xəbərdarlıq edib.
BAKU.WS