Image

Nisbət dəyişdi, Türkiyədə ən çox evi artıqONLAR ALIR

Türkiyə Statistika Təşkilatı (TSK) xarici ölkə vətəndaşlarının aldığı mənzil sayını açıqlayıb. 

Gundem.az TSK-ya istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində əcnəbilərə 12 929 ədəd mənzil satılıb.  Mənzillərin çox hissəsini Rusiya vətəndaşları alıb. Onlar yeddi ay ərzində 2 908 mənzilə sahib olublar.  Türkiyədə mənzil alan əcnəbilər arasında Rusiya vətəndaşlarının sayının çox olması 2023 və 2022-ci illərdə də müşahidə edilib. Bunun başlıca səbəbi isə Rusiya-Ukrayna müharibəsidir.  Digər mühüm səbəb rusların Türkiyədə istirahətə üstünlük verməsidir. Türkiyəyə istirahət üçün tez-tez səfər edənlərin bəziləri qardaş ölkədə mənzil alır.  Müharibədən öncə isə əcnəbilər arasında Türkiyədə ən çox mənzili İraq, İran və Səudiyyə Ərəbistanı vətəndaşları alırdı.

Xəbər lenti