Şimali Koreya xarici turistlərə açıq olacaq
Şimali Koreya 2024-cü ilin dekabrında sərhədlərini xarici turistlər üçün açacaq.
BAKU.WS xəbər verir ki, bu barədə “Reuters” yazır.
Beynəlxalq turizmin şimal-şərqdəki Samjien şəhərində, daha sonra isə ölkənin qalan hissəsində bərpa olunacağı dəqiqləşib.
"Bu addım, COVİD-19 səbəbilə qapalı olan ölkənin sərt sərhəd nəzarətindən sonra böyük xarici turist qrupları üçün yenidən açılmağa hazırlaşdığını göstərir" deyə nəşr qeyd edib.
BAKU.WS