“Green Card”a müraciət prosesi nə vaxt başlayacaq? - AÇIQLAMA
ABŞ-də yaşamaq və işləmək istəyən minlərlə insan cari il üçün “Green Card” müraciət tarixlərini axtarır.
Gundem.az xəbər verir ki, ABŞ-nin Fritaun səfirliyindən verilən açıqlamaya görə “Green Card”a müraciət prosesi oktyabr və noyabr aylarında başlayacaq. Amma tam dəqiq tarix hələ ki məlum deyil.
Qeyd edək ki, ötən il ərizələr 4 oktyabr 2023-cü il və 7 noyabr 2023-cü il tarixləri arasında qəbul edilib. (Sfera.az)