Image

Azərbaycanda daha bir azyaşlı qızılcadan vəfat etdi - YENİLƏNİB

Serebral iflic xəstəliyindən əziyyət çəkən 16.05.2019-cu il təvəllüdlü uşaq 14.12.2023-cü il tarixdə səhhətində yaranan problemlərlə bağlı valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müayinəyə gətirilib.

BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib:

"Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən 14.12.2023-cü il tarixində saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirilərkən xəstəxanayaqədər ölüm qeydə alınıb".

***09:37

Şəmkirdə 4 yaşlı oğlan uşaq qızılca xəstəliyindən ölüb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Şəmkir rayon sakini H. Allahyarov qızılca xəstəliyindən ağırlaşaraq Gəncə şəhərinə gətirilən zaman yolda ölüb.

Fakla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq