Image

FTB Trampa qarşı sui-qəsdin sübutlarını məhv edib?

Luiziana ştatından olan konqresmen Kley Higgins ABŞ Federal Təhqiqatlar Bürosunu (FTB) iyul ayında Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə respublikaçı Donald Trampa qarşı edilən sui-qəsdlə bağlı bioloji sübutları məhv etməkdə ittiham edib.

Bu barədə "The Daily Mail" qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, sui-qəsdin araşdırılması üzrə iki işçi qrupunun tərkibinə daxil olan Higgins, Trampa atəş açan Metyu Kruksun cəsədini görmək istəyib. Lakin onun bu müraciəti çaşqınlıq yaradıb və narahatedici bir faktı üzə çıxarıb.

Məlum olub ki, Kruksun cəsədi yoxa çıxıb. FTB sui-qəsddən 10 gün sonra onun cəsədinin ailəsi tərəfindən götürülməsinə icazə verib.

Higginsin hesabatında qeyd olunur ki, hamı cəsədin ailəsinə qaytarılmasından xəbərsiz olub. Onun sözlərinə görə, söhbət cinayət yerində bioloji sübutların məhv edilməsindən gedir.

BAKU.WS

Xəbər lenti