“Dan ulduzu” ansamblının ilk skripkaçısı vəfat edib
Əməkdar artist, skripka ifaçısı Esmira Babayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə APA-ya onun bacısı Nüşabə Babayeva-Vəkilova bildirib. O, bacısının bu gün səhər saatlarında vəfat etdiyini bildirib. Esmira Babayeva bu gün dəfn ediləcək. Qeyd edək ki, Esmira Babayeva 1947-ci ildə doğulub. O, “Dan ulduzu” instrumental ansamblının ilk skripka ifaçısı olub. Xatırladaq ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır. BAKU.WSMənbə: baku.ws