Xaçmazda ata və oğul bıçaqlanıb, ölən var
Xaçmazda ata və oğlu davada bıçaqlanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Nabran kəndində qeydə alınıb
Köhnə-Xudat kənd sakinləri-1988-ci il təvəllüdlü Məmmədrəhimov Nurlan Babaverdi oğlu və onun övladı 2009-cu il təvəllüdlü Məmmədrəhimov Cavidan Nurlan oğlu dava zamanı bıçaqlanıblar.C.Məmmədrəhimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, onun atası N.Məmmədrəhimov isə xəstəxanaya yerləşdirilib.Faktla bağlı araşdırma aparılır, hadisəni törədən şəxsin tutulması istiqamətində işlər aparılır.
BAKU.WS