Türkiyədə meşə yanğınlarına görə 6 nəfər saxlanılıb
Türkiyənin ayrı-ayrı vilayətlərində baş verən meşə yanğınları ilə bağlı 6 nəfər saxlanılıb.
BAKU.WS “TRT haber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı açıqlama verib.
O, bildirib ki, meşə yanğınları ilə bağlı İzmir Yamanlarda 3 nəfər, İzmir Ödəmişdə 2 nəfər, Boluda isə 4 nəfər saxlanılıb.
Xatırladaq ki, hazırda Türkiyənin İzmir, Aydın, Bolu, Muğla və Manisa vilayətlərində meşə yanğınları davam edir.
Əməliyyatlara havadan və qurudan müdaxilə olunur. Ümumilikdə 3 583 sakin təhlükəsiz ərazilərə təxliyə olunub.
BAKU.WS