Bakıda saunada yanğın olub
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 150 m² olan obyektin (sauna kimi fəaliyyət göstərir) dəhlizin taxta örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.
BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, obyektin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKU.WS