Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var
Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb. Beləki, "Prado" markalı nəqliyyat vasitəsi qarşı tərəfdən hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb. Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1995-ci il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws