Cəlilabadda motosikletçi yol qəzasında xəsarət alıb - FOTO
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Mustafayevin idarəetdiyi motosiklet "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Motosikletçi müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır. BAKU.WS


Mənbə: baku.ws