Masallıda yaşayış evi yanıb
Masallıda yaşayış evi yanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, yanğın şəhərin Anar Novruzov küçəsində baş verib. Belə ki, 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olması ilə əlaqədar FHN-nin Masallı Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Yanğının söndürülməsinə 3 texnika və canlı qüvvə cəlb edilib. Məlumata görə, yanğın ümumi sahəsi 216 kv olan evin çardaq hissəsindən başlayıb. Bu səbəbdən alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. Yanğın söndürülüb, alovun evin digər hissələrinə keçməsinin qarşısı alınıb. Faktla bağlı araşdırma aparılır. BAKU.WSMənbə: baku.ws