Image

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, zəlzələnin episentri Katarman şəhərindən 31 km şimal-şərqdə olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 47,4 min nəfərin yaşadığı Şimali Samar əyalətinin paytaxtı Katarman şəhərindən 31 km şimal-şərqdə yerləşib.

Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. 

BAKU.WS

Xəbər lenti