Image

“Oukitel” - rəsmi Azərbaycanda

Oukitel, artıq rəsmi olaraq Azərbaycanda smartfonlarını təqdim edir! Bu yeni smartfonlar hər kəsə əlçatan olan keyfiyyətli modelləri ilə Azərbaycanda yeni bir mərhələyə qədəm qoyur.

Oukitel-in əsas missiyası müasir həyatın tələblərinə cavab verən, texnologiyaya əlçatanlıq təmin edən cihazlar yaratmaqdır. Brend, hər bir istifadəçinin texnologiyadan faydalanması üçün geniş çeşiddə məhsullar təklif edir. Oukitel smartfonları, sərfəli qiymətləri ilə yanaşı, yüksək keyfiyyəti ilə də seçilir.

Saleh Salmanov, Baş İcraçı Direktor:

"Biz, Azərbaycanın texnologiya bazarına yeni bir baxış gətirməyi məqsəd qoymuşuq. Çalışırıq ki, sərfəli qiymətlərlə yüksək texnologiyanı vətəndaşlarımıza təqdim edək. Müasir dövrün ehtiyaclarına uyğun məhsullar ilə, bazarda əhəmiyyətli bir yer tutmağı planlaşdırırıq."

Oukitel-in rəsmi dileri Sabunçu rayonu, şəhər şossesi 34 ünvanında yerləşən StarHome mağazasıdır. Bu smartfonlar həm bu mağazadan, həm də şəhərin digər smartfon satış nöqtələrindən və onlayn olaraq Umico satış platformasından əldə edilə bilər.

https://umico.az/brands/Oukitel

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti

Sabahın hava proqnozu

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb