Atəşfəşanlıq Kayseridə meşə yanğınına səbəb olub
Türkiyənin Kayseri şəhərində əkin sahəsində yanğın baş verib. Atəşfəşanlıqdan başladığı iddia edilən yanğın qruplar tərəfindən söndürülüb.
BAKU.WS xəbər verir ki, bu barədə trt.haber məlumat yayıb.
Xəbərdarlıq üzərinə əraziyə yanğınsöndürmə briqadası, jandarma qrupları sövq edilib.
Qrupların və vətəndaşların işi nəticəsində təxminən 50 dekar ot və meşəlik sahədə baş verən yanğın söndürülüb.
Qeyd edək ki, yanğın zamanı heç bir insan tələfatı olmayıb.
BAKU.WS
