“WhatsApp”da yeni unikal funksiya
Məşhur WhatsApp messencerində söhbətlər və zənglər siyahısına “Sevimlilər” bölməsi əlavə edilib.
BAKU.WS xəbər verir ki, mütəxəssislər bildiriblər ki, söhbətlər və zənglər siyahısındakı “Sevimlilər” bölməsi iOS cihazları üçün yeni versiyada tətbiq olunub. Ekspertlər qeyd ediblər ki, həm kontaktlar, həm də qrupları “Sevimlilər”ə əlavə etmək olar.
Sevimlilərə əlavə edildikdən sonra kontaktlar daha sürətli çıxış üçün nəzərə çarpacaq şəkildə göstəriləcək.
Mütəxəssislər funksiyanın artıq yaxın həftələrdə bəzi hesablarda da görünəcəyini bildiriblər.
BAKU.WS