Image

İsrail Livan ərazisindən atılan bir neçə hava hədəfini VURDU

İsrail Müdafiə Qüvvələri (IDF) Livan ərazisindən atılan bir neçə hava hədəfinin vurulduğunu bildirib.

Gundem.az xəbər verir ki, bu barədə İDF-in teleqram kanalında məlumat verilib.

"Livan istiqamətindən uçan bir neçə şübhəli hava hədəfi aşkar edilib. İDF-in hava hücumundan müdafiə sistemi hədəflərin bəzilərini uğurla ələ keçirib, digərləri isə Yaara yaşayış məntəqəsi ərazisinə düşüb", - məlumatda bildirilib.

Xəbər lenti