Lukaşenko: "Ermənistan bizdən başqa kimə lazım deyil"
Belarus Prezidenti Aleksandr Lukaşenko “Rossiya” telekanalına müsahibəsində Ermənistanın apardığı xarici siyasi kursa toxunub.
Gundem.az-ın məlumatına görə, o bildirib ki, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir:
“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq”, - o deyib.