Image

PFL prezidenti Xankəndiyə gedən yolda qəzaya düşüb, xəsarət alıb

Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb.

Bu barədə Gundem.az Report-a istinadən xəbər verir.

Nəticədə sürücü R.Qafarlı və avtomobildə sərnişin qismində olan Bakı şəhər sakini Elxan Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müracət ediblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Elxan Səmədov Peşəkar Futbol Liqasının (PFL) prezidentidir.

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq