Image

Ukrayna ordusu Rusiyada yanğın davam edən neft bazasına təkrar HÜCUM ETDİ

Ukrayna ordusu Rostov vilayətinin Proletarsk qəsəbəsindəki neft bazasına növbəti dəfə hücum edib.

Gundem.az apa-ya istinadən məlumatına görə, yerli vaxtla səhər saat 05:00 radələrində baş verən hadisə nəticəsində zərər çəkən olmayıb.

Qeyd edək ki, sözü gedən obyektə ilk hücum avqustun 18-də baş verib. Həmin vaxt başlayan yanğını lokallaşdırmaq mümkün olmayıb. Hazırda onun digər çənlərə keçmə təhlükəsinin olduğu bildirilir.

Hələlik sonuncu hücumla bağlı rəsmi məlumat verilməyib.

Xəbər lenti