Image

Atasından yazan Əzizə Mustafazadə: "Zaman insanın yarasını sağaltmır" - FOTO

Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür.

BAKU.WS xəbər verir ki, mərhumun qızı, Xalq artisti Əzizə Mustafazadə atası ilə bağlı paylaşım edib.

O sosial şəbəkə hesabında atasının portreti çəkilən tablo paylaşaraq onsuz yaşamağın çətin olduğunu qeyd edib:

"16 dekabr 1979-cu il... Vaqif Mustafazadəsiz 44 il ... Zaman insanın yarasını sağaltmır".

Xatırladaq ki, Vaqif Mustafazadə 44 il əvvəl məhs bu gün Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

BAKU.WS

Xəbər lenti