Volqoqradda məhbuslar üsyan etdi - Ölən və yaralananlar var
Rusiyanın Volqoqrad vilayətindəki həbsxanada bəzi məhbuslar üsyan edib.
Gundem.az bildirir ki, bu barədə sosial mediada iddialar irəli sürülüb. İntizam komissiyasının iclası zamanı qiyamın başladığı, hadisələrdə ölən və yaralananların olduğu bildirilib.
Sosial şəbəkələrdəki yazılarda həbsxana rəisinin və bəzi zabitlərin girov götürüldüyü vurğulanıb. Paylaşılan görüntülərdə bəzi zabitlərin məhbuslar tərəfindən öldürüldüyü də görünüb.
Qiyamı terror təşkilatı İŞİD üzvlərinin törətdiyi iddia edilir. (Sfera.az)