Image

Neftçalada ağır qəza: Xəsarət alanlar var

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə Bankə qəsəbəsi ərazisində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində Neftçala rayon sakinləri, 1959-cu il təvəllüdlü Məhluqə Əbil qızı İsayeva, 1962 ci il təvəllüdlü İradə Həsənbala qızı İbrahimova, 1988-ci il təvəllüdlü Fərrux Ölməz oğlu Lalayev və Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Gülxəndə Həsənbala qızı Axundova müxtəlif dərəcəli xəsarətlərlə Salyan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Xəbər lenti