Yol üstündə mübahisə düşdü: bıçaqlanan var
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Gundem.az xəbər verir ki, hadisə 20 Yanvar abidəsinin yaxınlığında qeydə alınıb.
Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Q.Fərmanlı mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb.
Hadisəyə iki sürücü arasında yol üstdə düşən mübahisə səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: gundem.az