Image

“Vaqner”dən Kursk əməliyyatı ilə bağlı MÜHÜM AÇIQLAMA: "Vəziyyət dəyişərsə..."

“Vaqner” Ukrayna savaşı ilə bağlı mühüm açıqlama verib.

Gundem.az bildirir ki, bu barədə “Unloading Wagner” teleqram kanalı məlumat yayıb.

Özəl hərbi təşkilat öz döyüşçülərinin Şimal-Qərb Hərbi Dairəsi zonasında olması ilə bağlı informasiyanı təkzib edib.

““Vaqner” indiki mərhələdə savaşda iştirak etmir. Vəziyyət dəyişərsə, əlavə açıqlama veriləcək”, - kanalda bildirilib.

Qeyd olunub ki, hazırda əsgərlər Afrika və Belarusda yerləşiblər. Bundan əvvəl bildirilmişdi ki, Rusiya Kursk vilayətinə “Vaqner” əsgərlərini göndərib.   (Sfera.az)

Xəbər lenti