Goranboyda nənə və nəvə yol qəzasında xəsarət alıb
Goranboy rayonununda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Safikürd kəndində "Mercedes" markalı avtomobilin digər minik avtomobililə toqquşması nəticəsində 1956-cı il təvəllüdlü G.Aslanova və azyaşlı nəvəsi xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws