Rusiyada Bayden haqqında serial yayımlanacaq
Rusiyada ABŞ Prezidenti Co Bayden haqqında serial çəkilir. Gundem.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunub ki, süjetə görə, Bayden sanksiyaları qiymətləndirmək üçün Rusiyaya uçur, ancaq sənədlərini itirir
Burada o, yerli “vətənpərvər” vətəndaşlardan biri ilə tanış olur və ABŞ-yə qayıtmaq üçün pul toplamaq qərarına gəlir. Buna görə Bayden Xruşşov dövründən qalma binada ingilis dili müəllimi kimi işləməyə başlayır.