Image

"Fransa vətəndaşlığından imtina Durovun vəziyyətini yaxşılaşdırmayacaq" - Xaminski

"Fransa vətəndaşlığından imtina "Telegram" messencerinin yaradıcısı Pavel Durovun hüquqi vəziyyətini yaxşılaşdırmayacaq və ona təqiblərdən yayınmağa kömək etməyəcək". 

Gundeem.az xəbər verir ki, bunu RİAMO-ya müsahibəsində “Business Russia” MRO-nun üzvü, Moskva vilayəti üzrə Hüquq və Qayda Mərkəzinin rəhbəri Aleksandr Xaminski bildirib.

“Bu işdə Durovun Fransa vətəndaşlığının olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Söhbət Fransa ərazisində törədilən və ya birbaşa Fransa dövlətinin ictimai maraqlarına toxunan cinayətlərdən gedir”, - Xaminski deyib.

Eyni zamanda, o qeyd edib ki, Durovun ağır cinayətlərdə ittiham olunmasına baxmayaraq, onların qəsdən törədilməsinə dair sübutlar, görünür, məhkəməyə təqdim edilə bilməz.

"Telegram"ın təsisçisi avqustun 24-də axşam Fransanın Le Burje hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Sahibkar Fransaya Azərbaycandan gedib.

Avqustun 28-də Paris məhkəməsi Durovu altı maddə ilə ittiham edib. Onların arasında kəşfiyyat xidmətləri ilə əməkdaşlıqdan imtina, kiberfırıldaqçılıq və digərləri var.

O, 5 milyon avro girov müqabilində azad edilib və hələlik məhkəmə nəzarəti altındadır.

Xəbər lenti