Borrell: "Aİ ölkələrinin hərbi ehtiyatları Ukraynaya yardıma görə tükənib"
Avropa İttifaqı (Aİ) ölkələrinin hərbi ehtiyatları Ukraynaya yardıma görə tükənib.
Gundem.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə Aİ ölkələrinin müdafiə nazirlərinin qeyri-rəsmi iclasından əvvəl deyib.
“Avropa ölkələrinin Ukraynaya kömək etmək üçün göstərdiyi səyləri, hərbi təchizatın həcmini təsəvvür edə bilməzsiniz. Tükənmiş ehtiyatlarımızı artırmalıyıq. Biz artıq 700 min ədəd 155 mm-lik mərmi istehsalına nail olmuşuq. Hədəfimizə [bir milyon mərmi] hələ çatmasaq da, istehsalı artırırıq”, - o bildirib.