Kreml: "Putin Durovla heç vaxt görüşməyib"
“Telegram”ın qurucusu Pavel Durovun Kremllə nə danışıqları olub, nə də razılaşması var.
Gundem.az APA-ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin heç vaxt “Telegram”ın təsisçisi ilə görüşməyib.
Qeyd edək ki, Putin avqustun 18-19-da Azərbaycanda dövlət səfərində olarkən Bakıda Durovla görüşdüyünə dair məlumatlar yayılmışdı. Durovun avqustun 24-də Parisdə həbs olunmasından sonra Kreml Bakıda Putinin onunla görüşmədiyini açıqlamışdı.