Image

İran Avstriya vətəndaşını həbsdən AZAD ETDİ

İran hakimiyyəti ölkənin Qərbi Azərbaycan vilayətində törətdiyi cinayətlərə görə saxlanılan Avstriya vətəndaşı Kristian Veberi həbsdən azad edib.

Gundem.az “Reuters“-ə istinadən xəbər verir ki, bu barədə “Mizan” məlumat yayıb.

Kristian Veber Avstriya səfirinə təhvil verilib.

Qeyd edək ki, Avstriya 2022-ci ildə iranlı qadın Məhsa Əmininin həbsdə ölməsindən sonra ölkədə baş verən etiraz aksiyaları ilə əlaqədar ittiham olunan vətəndaşlarından birinin İranda həbs edildiyini bildirmişdi.

Xəbər lenti