Gəncədə avtomobil ağaca çırpıldı - Ölən var
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gundem.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsi ərazisində qeydə alınıb.
"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2004-cü il təvəllüdlü Məmmədov Fərid Tofiq oğlu aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.