Image

"Ukraynaya yardım edə bilməyəcəyik" - BMT

BMT qış aylarında Ukraynaya yardım edə bilməyəcək.

Gundem.az bildirir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynadakı nümayəndəsi Karolin Lindholm Billinq danışıb.

O qeyd edib ki, səbəb maliyyə çatışmazlığıdır.

"BMT-nin qışda Ukraynaya kömək etmək üçün kifayət qədər vəsaiti olmayacaq", - qurum rəsmisi əlavə edib.

Billinqin sözlərinə görə, ilin bu vaxtında təşkilatın maliyyə vəziyyəti kritik olur və onlar yalnız 47% maliyyələşdirilir:

“Bundan əlavə, Ukraynanın avropalı qonşuları qışda mümkün yeni qaçqın dalğasından narahatdırlar”.

BMT bundan əvvəl Ukraynaya humanitar yardım göndərib. 2024-cü ilin əvvəlindən təşkilat aktiv şəkildə vəsait axtarmağa başlayıb və ukraynalı qaçqınlara yardımı davam etdirmək üçün donorlardan 4,2 milyard dollar istəyib.

Xəbər lenti