Image

Bakı-Qazax yolunda qəza: piyada öldü

Ucarda ölümlə nəticələnən yol qəzası qeydə alınıb.

Gundem.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı-Qazax avtomobil yolunun Ucarın Təzə Şilyan kəndindən keçən hissəsində baş verib. İlkin məlumata görə, Ucar-Bakı istiqamətində hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyada, Göyçayın Alpoud kənd sakini Elçin İsmayılovu vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti