Sumqayıtda 58 yaşlı qadın toyda ölüb
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.
Gundem.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.