“Mersedes”lə 2 piyadanı vurdu, biri öldü
Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Gundem.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.
Nəzir Əlilli idarə etdiyi "Mersedes ML" markalı avtomobillə yolu keçən piyadalar - Sadiq Manafov və Rauf Qurbanoviçi vurub.
Nəticədə R.Qurbanoviç hadisə yerində ölüb, Sadiq Manafov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.