İstanbulda bələdiyyə sədri həbs edildi
İstanbulun Esenyurt rayonunun bələdiyyə sədri həbs edilib.
Gundem.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul Prokurorluğu tərəfindən “PKK/KCK silahlı terror təşkilatı üzvü olmaq" ittihamı ilə aparılan istintaq çərçivəsində Əhməd Özər barəsində həbs qərarı çıxarılıb.