Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var
Hacıqabul-Mincivan yolunda avtomobil dərəyə aşıb, ölən var.
Gundem.az-ın məlumatına görə, bu gün gecə saatlarında Füzuli rayonu, Əhmədbəyli kənd sakini Möhsüm Möhsümzadə idarə etdiyi “Khazar SD” markalı avtomobillə Hacıqabul-Mincivan avtomobil yolunun 138-ci kilometrliyində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili dərəyə aşırıb. Nəticədə sürücü M.Möhsümzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə: gundem.az