İranda təyyarə qəzaya uğradı: general həlak oldu
İranda avtojirin qəzaya uğraması nəticəsində İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) iki üzvü həlak olub.
Gundem.az xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Şöbəsinin açıqlamasında bildirilib.
Məlumata görə, təyyarə ölkənin cənub-şərqindəki "Sirkan" sərhəd bölgəsində döyüş əməliyyatları apararkən qəzaya uğrayıb.
Qəzada briqada generalı Həmid Mazenderani və İnqilab Keşikçiləri Korpusunun quru qoşunlarının döyüşçülərindən Hamed Candaghi həlak olub.