Image

Dani Karvahaldan Arda Gülərə mesaj

"Real Madrid"in təcrübəli futbolçusu Dani Karvahal ardıcıl zədə alan Arda Gülər ​​haqda danışıb.

BAKU.WS-in xəbərinə görə, müdafiəçi bu barədə "El Pais"ə müsahibəsində bildirib.

Ardaya dəstək mesajı verən 31 yaşlı müdafiəçi "Arda Gülərlə onu ruhlandırmaq üçün danışdım. Sakit olmasını, bunun bir proses olduğunu, bəzən bədənin uyğunlaşmalı və daha güclü qayıtmaq üçün əlindən gələni etməli olduğunu söylədim. Ona deyin ki, tək deyilsən. Bunları yaşayan tək insan da sən deyilsən", - deyib.

Xatırladaq ki, bu il Madrid "Real"ına transfer olan 18 yaşlı futbolçu ardıcıl 3 dəfə zədələnib. Onun hələ ki, "Real"da rəsmi debütü baş tutmayıb. 

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti