Gəncədə 73 yaşlı piyadanı avtomobil vurdu
Gəncədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.
Gundem.az xəbər verir ki, şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
1951-ci il təvəllüdlü P.Quliyeva yolu keçmək istəyən zaman onu minik maşını vurub.
Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA