Image

Ər-arvad dəm qazından öldü

Qaradağda ər-arvad dəm qazından boğularaq ölüb.

Gundem.az xəbər verir ki, hadisə rayonun Qaraçuxur qəsəbəsində baş verib.

Belə ki, 1936-cı il təvəllüdlü İsxaq Səfərəliyev və onun həyat yoldaşı, 1941-ci il təvəllüdlü Şeyda Səfərəliyeva evin qonaq otağında yerləşən qaz sobasından sızan dəm qazından boğularaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. /APA

Xəbər lenti