Image

Azərbaycanda BƏDBƏXT HADİSƏ: ana və qızı...

   

Ağdaşda evdə qaz balonu partlayıb, iki nəfər xəsarət alıb.

Gundem.az xəbər verir ki, hadisə rayonun Şəmsabad kəndində baş verib.

1977-ci il təvəllüdlü Niyaməddin İkram oğlu Həmidova məxsus fərdi yaşayış evində maye qaz balonu partlayıb.

Nəticədə 1981-ci il təvəllüdlü Elnarə Akif qızı Həmidova və övladı, 2007-ci il təvəllüdlü Elcan Niyaməddin qızı Həmidova xəsarət alaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. ("Qafqazinfo")

Mənbə: gundem.az

Xəbər lenti

Bu ərazidə işıq olmayacaq