Rusiyanın 7 hava limanı bağlandı
Rosaviatsiya pilotsuz təyyarələrin hücumu səbəbindən 7 şəhərdə hava limanlarının fəaliyyətini müvəqqəti məhdudlaşdırıb.
Gundem.az rus mətbuatına istinadla xəbər verir ki, hava limanlarının bağlanması təhlükəsizlik tədbirləri ilə əlaqələndirilib. Rosaviatsiya bu addımı pilotsuz təyyarə hücumlarının yaratdığı təhlükə səbəbindən atıb.
Fevralın 15-nə keçən gecə bir neçə region dron hücumlarına məruz qalıb və nəticədə yerli yanğınlar baş verib.
Uçuşların qəbulu və göndərilməsinin dayandırıldığı şəhərlər: Həştərxan Vladiqafqaz Volqoqrad Qroznı Kaluqa Saratov
İlkin məlumatlara görə, hücumlar nəticəsində itki qeydə alınmayıb.