Şirvanda səkkiz yaşlı məktəblini avtomobil vurub
Şirvanda səkkiz yaşlı məktəblini avtomobil vuraraq ağır yaralayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 2015-ci il təvəllüdlü Adilə Əliyevanı məktəbdən çıxıb yolu keçərkən avtomobil vurub.
Azyaşlı ağır xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WSMənbə: baku.ws