Image

Rusiyadan gözlənilməz BƏYANAT – ABŞ-Çin müharibəsiBAŞLAYIR?

“Tayvan böhranı ilə bağlı fərziyyələrin çoxu sünidir” Gundem.az "Bizim.Media"-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko TASS-a açıqlamasında bildirib. Rudenko bildirib ki, Vaşinqton Tayvan ətrafındakı vəziyyətin hərbi yolla həllində maraqlı deyil. “Rusiya tərəfinin yaxın gələcəkdə, xüsusən də hazırda Ukraynada planlaşdırılan nizamlanma fonunda Tayvan ətrafında münaqişənin alovlana biləcəyindən narahatlığı varmı?” sualına Rudenko mənfi cavab verib. "Xeyr, bizim belə bir narahatlığımız yoxdur. Mənə elə gəlir ki, Tayvan böhranı ilə bağlı bir çox qorxu və fərziyyələr əsasən süni xarakter daşıyır. Bizə elə gəlir ki, regionda heç kim - nə ABŞ, nə də Çin – Tayvan məsələsinin hərbi yolla həllində maraqlı deyil", - o vurğulayıb.  

Xəbər lenti