Image

2025-ci ildə ən çox qol vuran futbolçular: "Qalatasaray"ın forvardı ön sıralarda -SİYAHI

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2025-ci ildə (1 yanvar - 31 mart) ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Gundem.az xəbər verir ki, birinci sırada PSJ-nin vingeri Usman Dembele qərarlaşıb. O, bu il ərzində 23 qola imza atıb.

Dembelenin həmyerlisi, “Real”ın forvardı Kilian Mbappe 19 qolla ikincidir. “İlk üçlüy”ü Laosun “Ezra” klubunun futbolçusu Peeter Pantavonq qapadır - 18 qol.

“Qalataray”ın hücumçusu Viktor Osimhen də siyahıda yer alıb. Müqavilə ilə “Napoli”yə məxsus olan nigeriyalı futbolçu 17 dəfə fərqlənib. O, martda hamıdan çox - 9 top vurub.

Qeyd edək ki, siyahıda “ilk 100”-dən aşağı olan liqaların oyunçuları da qeyd olunub. Lakin onlar təsnif edilməyib, boz rənglə vurğulanıb. /Publika.az

Xəbər lenti